Gələcək pandemiyalar COVID-19-dan daha pis olacaq - Virusların kəşf edən alim

  • 2021.01.04 16:48
  • 1963 Baxış
Gələcək pandemiyalar COVID-19-dan daha pis olacaq  -  Virusların kəşf edən alim

1970-ci illərin ortalarında Mərkəzi Afrikada üzə çıxan Ebola epidemiyasının aşkarlanmasına kömək edən mikrobioloq, professor Jan-Jak Muyembe-Tamfum bəşəriyyətin bilinməyən bir sıra yeni viruslarla qarşı-qarşıya olduğunu və bütün dünyanın buna hazırlıqlı olmasının vacibliyini bildirib.

Medicina.az xəbər verir ki, alim Afrikadan yeni virusların meydana çıxacağını bildirib:

“İndi yeni patogenlərin ortaya çıxacağı bir dünyadayıq və bu, bəşəriyyət üçün təhlükə yaradır. Gələcək pandemiyalar COVID-19-dan daha pis olacaq”, - Tamfum belə deyib.

Yeni patogenlərin koronavirus qədər sürətlə yayıla biləcəyini qeyd edən professor, Ebolanın ölüm nisbətinin 50-90 faiz arasında olacağını bildirib. Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, Konqo Demokratik Respublikasının İnqende şəhərində aşkarlanan X xəstəliyinin hipotetik olduğu bildirilib. Lakin elm adamları bu xəstəliyin yayılacağı halda dünyada ciddi problemlərə səbəb ola biləcəyindən narahatdırlar.