Gələn həftə qar-çovğun gözlənilir?

  • 2026.02.05 16:08
  • 94 Baxış
Gələn həftə qar-çovğun gözlənilir?


"Yaxın iki-üç gün ərzində Azərbaycanda hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir".

Medicina.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib:

"Ötən gün ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ancaq yaxın günlərdə kəskin hava şəraiti, o cümlədən qar və çovğun proqnozlaşdırılmır".


medicina.az