Gənc qız gənədən 5 infeksiyaya yoluxdu

  • 2024.04.15 14:36
  • 284 Baxış
Gənc qız gənədən 5 infeksiyaya  yoluxdu

Aprel-may aylarında gənə dişləməsindən ölümlə üz-üzə qalanların sayı artır.


“Medicina” xəbər verir ki, 29 yaşlı amerikalı Kayla 7 ildir bir gənə sancmasına görə çətin günlər yaşayır.


6 il əvvəl 2018-ci ildə gecə yatıb, səhər tər içində oyanan Kayla sanki beyninin dumanlandığını hiss edib.


Həkim ona virus infeksiyası diaqnozu qoyur, müalicə yazır, amma 1 həftə keçsə də vəziyyətində yaxşılaşma olmur.


O, çox gəzəndə, pilləkən çıxanda boğulurdu. O dərəcədə özünü pis hiss edir ki, işə gedə bilmir və ailəsinin yanına gedir ki, doğmaları ona qulluq etsin.


Daha sonradan ona Laym, bartonellez, dağ qızdırması və erlixioz infeksiyaları diaqnozu qoyulur.

İnfeksiyalar onda xroniki pnevmoniya, Epşteyn Barr virusu və təzyiq problemi də yaradıb.

3 il antibiotik müalicəsi aldıqdan sonra eksperimental metodlara keçib, hələ də tam sağalmayıb.


Aygün Musayeva