Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

  • 16 Sen 2021 15:15
  • 694 Baxış
Gənc yaşda saçlar niyə ağarır? -  Ağ tükü qoparmaq olmaz
Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər.

Medicina.az xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik, məsələn, mədə-bağırsaq traktının problemləri, qaraciyər, böyrəklər, endokrin xəstəliklər səbəbindən melanin sintezindəki yavaşlama nəticəsində baş verir.

Bundan başqa, erkən ağarmanın səbəbi uzun müddətli depressiya və ya irsiyyət ola bilər. Həddindən artıq sıx elastik bantların və saç vasitələrinin istifadəsi, balanssız qidalanma və alkoqoldan normadan artiq istifadə də problemin inkişafına səbəb ola bilər.

Saçların erkən ağarmasına səbəb olan amili aradan qaldıraraq proses dayandırıla bilər. Əvvəlcə analiz vermək nəticəsinə əsasən pəhrizə dəyşiriklik və ya qidaya əlavə bioloji vasitələrdən istifadə edilir.

Melanin istehsalı B qrupu vitaminləri, pantenol və fol turşuları ilə stimullaşdırılır və sağlam saçlar üçün yod, dəmir, sink də lazımdır. Pəhrizdə bu qidalarla zəngin olan balıq və dəniz məhsulları, pendir, paxlalılar, toyuq, badam və tərəvəz kimi qidalar olmalıdır.

Eyni zamanda, ağ tükləri qoparmaq və ya qırmağa dəyməz, çünki bu folikul travmasına və hətta keçəlliyə səbəb ola bilər.