Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gəncə Xəstəxanasında qlaukoma implantasiya əməliyyatları keçirildi

  • 2025.05.29 14:42
  • 189 Baxış
 Gəncə Xəstəxanasında  qlaukoma implantasiya    əməliyyatları keçirildi



Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsində ilk dəfə Paul qlaukoma implantasiya əməliyyatı icra olunub.

"Medicina" xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, oftalmoloq-cərrah Tələt Nəbiyev və onun komandası tərəfindən baş tutan əməliyyat tibb müəssisəsinə qlaukoma diaqnozu ilə müraciət edən 1960-cı il təvəllüdlü pasiyent üzərində həyata keçirilib. Əməliyyat nəticəsində pasiyentin gözdaxili təzyiqi normallaşıb və həyat keyfiyyəti yüksəlib.


Qeyd edək ki, şöbə müasir tibbi avadanlıqlarla, zəruri preparat və dərman vasitələri ilə təchiz olunub. Şöbədə katarakta, sinustrabekuloektomiya, DSR, xalazion, pteriqium, göz qapağının plastik əməliyyatları, qapağın ektropion, entropion əməliyyatları, göz travmaları əməliyyatları baş tutur. Eyni zamanda burada həkim-oftalmoloqlar tərəfindən Avastin inyeksiyası da icra olunur.

Medicina.az