Gəncədə bank işçisi futbol oynayarkən öldü

  • 2022.12.16 15:00
  • 6046 Baxış
Gəncədə bank işçisi futbol oynayarkən öldü

Gəncə şəhərində bank əməkdaşı futbol oynayan zaman vəfat edib.

"Medicina" xəbər verir ki, 1983-cü il təvəllüdlü Elçin Əhmədov məhəlləarası meydançada futbol oynayarkən səhhəti anidən pisləşib.

Təcili yardım çağırılsa da,, E.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, E.Əhmədov “Access Bank” ASC-nin Gəncə filialının əməkdaşı olub.

Onun ürək tutmasından öldüyü bildirilir.