Gəncədə kollecdə yanğın - Tələbələr zəhərləndi

  • 2023.01.16 17:39
  • 2013 Baxış
Gəncədə kollecdə yanğın  - Tələbələr zəhərləndi
Bu gün Gəncə Dövlət Regional Kollecində yanğın olub, 10-dan çox tələbə tüstüdən zəhərlənib.

Medicina.az “Report”a istinadən xəbər verir ki, zəhərlənən tələbələr xəstəxanaya yerləşdiriliblər.


Məlumata görə, hadisənin qısaqapanmadan baş verdiyi bildirilir.


Qeyd edək ki, bu gün əvvəl Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında da yanğın baş vemişdi.