Gəncədə poliklinikanın tavanı çökdü: Yenilənib-FOTO

  • 2022.10.24 14:09
  • 1560 Baxış
Gəncədə poliklinikanın tavanı çökdü:   Yenilənib-FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində tibb müəssisəsində tavanın çökməsi hadisəsi ilə bağlı məlumat yayıb.


TƏBİB-dən Medicina.az -a bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb.


İşçilər təhlükəsiz şəkildə təxliyə olunub. Hadisənin baş vermə səbəbi araşdırılır. Hazırda Laboratoriya şöbəsi istisna olmaqla Nizami ASM-i fəaliyyətini davam etdirir.



***
12:41


Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.


Medicina.az Report-a istinadla xəbər verir ki, hadisə səbəbindən poliklinikada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.


Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır.
Gəncədə poliklinikanın tavanı çökdü:   Yenilənib-FOTO