Gəncədə sabiq baş həkim tutuldu

  • 2023.07.31 15:09
  • 1352 Baxış
Gəncədə sabiq baş həkim tutuldu

“Gəncə Dəmiryol Xəstəxanası”nın sabiq baş həkimi Vidadi Seyidov cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, V. Seyidov 9 nəfərə yalan vəd verərək onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Keçmiş baş həkim barəsində əvvəl həbs qətimkan tədbiri seçilsə də, sonradan o, ev dustaqlığına buraxılıb.
Hazırda iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, V.Seyidov iki il əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə məxsus “Gəncə Dəmiryol Xəstəxanası” MMC-nin baş həkimi vəzifəsindən azad olunub.