Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gənclər niyə həkim olmaq istəmir? - Say azalır

  • 2025.08.14 09:33
  • 349 Baxış
Gənclər niyə həkim olmaq istəmir? -  Say azalır

Azərbaycanda tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən hazırlanan mütəxəssislərin sayı azalır.

Medicina.az xəbər verir ki, bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.

Məlumata görə, 2024-cü ildə tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən 1 354 mütəxəssis hazırlanıb.

2023-cü ildə bu rəqəm 1 444, 2022-ci ildə 1 695, 2021-ci ildə 1 543, 2020-ci ildə isə 1 487 nəfər olub.

2020-ci illə müqayisədə 2024-cü ildə müalicə işi üzrə hazırlanan mütəxəssislərin sayı 1 013-dən 961-ə düşüb.

Stomatologiya üzrə hazırlanan kadrların sayı isə 2020-ci illə müqayisədə 174-dən 96-a enib.


Gənclər niyə həkim olmaq istəmir? -  Say azalır