Gənclərdə miokard infarktı riski artıb - Kardioloq həkim

  • 2022.04.18 16:00
  • 3753 Baxış
 Gənclərdə miokard infarktı riski artıb  - Kardioloq həkim
"Deyirlər ki, guya miokard infarktı daha çox yaşlı insanlarda baş verir. Bu yanlış fikirdir. Müasir dövrümüzdə gənclərdə də miokard infarktının yaranma riski artıb.

Medicina.az xəbər verir ki, bu barədə həkim-kardioloq Səbinə Babayeva məlumat verib.

Həkim bildirib ki, gənc insanlarda infarkt zamanı ölüm riski daha çox olur. Çünki yaşlı insanlarda körpü damarlar tam formalaşdığından ani infarkt halları zamanı ürək digər damarlardan qan alaraq, qidalanmağa davam edir:

"Gənclərdə isə bu körpü damarlar formalaşmadığı üçün ani infarktın ölümlə nəticələnməsi riski daha çox olur".

Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ürək-damar xəstəliklərinin müalicə və müayinəsi vətəndaşlara ödənişsiz təqdim edilir.