Gənclərdə təzyiq xəstəliyinin yaranma - səbəbi

  • 2024.04.08 16:50
  • 779 Baxış
Gənclərdə təzyiq xəstəliyinin yaranma  -   səbəbi

20 il əvvəl hipertoniya istisnasız yaşlı təbəqənin xəstəliyi hesab olunurdu, risk qrupu 40 yaşdan hesablanırdı.


“Medicina” xəbər verir ki, həkim Nadejda Podkorıtova hazırda 35% təzyiq xəstələrinin orta yaş qrupunu əhatə etdiyini deyib:


“Hipertoniya müntəzəm olaraq təzyiqin 135/90-ı keçməsidir. Bu zaman damar divarları daxildən təzyiqə məruz qalır, ürəyin işi yüklənir. Nəticədə böyrək, beyin, ürək və əsas orqanlar risk altında qalır.


50-60 yaşdan sonra hipertenziya riski müəyyən səbəblərdən artır. Orta yaşda təzyiqin səbəbi: piylənmə, duz, zərərli qidalanma, içki, irsiyyət və oturaq həyat tərzidir.

Son zamanlar 40 yaşa qədər kişi və qadınların təzyiq şikayəti ilə müraciətlərin sayı artıb.


Onlarda da yaşlılardakı kimi simptomlar görülür, amma cavan orqanizm təzyiq yüksəlməsinə hazır olmadığı üçün daha kəskin reaksiya verir.
Gənc yaşda hipertoniya hormonal dəyişikliklər, erkən klimaks, siqaret və daha çox stresdən olur.


Daha çox stress və təşviş fonunda təzyiq qalxır, erkən infarkt, insult və digər ürək-damar xəstəliklərinə səbəb olur. Buna görə də 50 yaşı gözləmədən, elə ilk təzyiq qalxması zamanı həkimə müraciət edin”.


Aygün M