Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gəncləri təhdid edən səssiz xəstəlik - Anoreksiya nədir?

  • 2025.06.24 09:00
  • 184 Baxış
Gəncləri təhdid edən səssiz xəstəlik -  Anoreksiya nədir?

Anoreksiya gənclər arasında artan təhlükə olaraq önə çıxır. Xəstəxanada müalicə alarkən gecə saatlarında həyatını itirən türkiyəli fenomen Nihal Candanın vəfatı erkən diaqnoz və müalicənin vacibliyini bir daha xatırladıb.

Medicina.az xəbər verir ki, anoreksiya kökəlmək qorxusu və bədən qavrayışının pozulması ilə səciyyələnən ciddi qidalanma pozğunluğudur və gənclər arasında geniş yayılmaqdadır.



Mütəxəssislər erkən diaqnozla sağalma şansının yüksək olduğunu vurğulayırlar.

Adətən anoreksiya daha çox qadınlarda rast gəlinir.

Xəstələr normal çəkidə olsalar belə, özlərini çəkili görərək, həddindən artıq pəhrizlər və ya intensiv idmanla arıqlamağa çalışırlar.



Mütəxəssislər xəstəliyin təkcə fiziki deyil, həm də psixoloji problem olduğunu bildirirlər.

Mükəmməllik, özünə hörmət və nəzarət ehtiyacı kimi amillər anoreksiyaya səbəb ola bilər.

Simptomlara çəki itkisi, yorğunluq, saç tökülməsi daxildir.



İrəliləyən hallarda ürək problemləri və orqan çatışmazlığı kimi ağırlaşmalar baş verə bilər.

Müalicə psixiatr, dietoloq və psixoloqla birgə həyata keçirilir.

Bu xəstəliyə maarifləndirmə və dəstək ilə qalib gələ biləcəyi mesajı verilir.



Aygün
Medicina.az