Gənə dişləməsindən infarkt ola bilər

  • 2023.04.28 15:04
  • 2508 Baxış
Gənə dişləməsindən infarkt ola bilər
Gənə dişləməsindən sonra ən təhlükəli xəstəliklər və fəsadlar meydana çıxa bilər. Hətta gənə dişləməsi infarkt, əlillik və ölümlə nəticələnə bilər.

“Medicina” xəbər verir ki, həkim – terapevt Olesya Savalyovanın sözlərinə görə, gənə dişləməsi sağlamlıq üçün təhlükəlidir. Çünki gənələr təhlükəli xəstəliklərin - gənə ensefalitinin və borreliozun daşıyıcısı ola bilər.

Ensefalit virusu beynin hərəkət mərkəzlərinə təsir edir ki, bu da üz və boyun əzələlərinin, yuxarı çiyin qurşağının və ayaqların iflicinə səbəb ola bilər.


Ən yaxşı halda, ensefalit sinir çatışmazlığı yaradır. Bu xəstəlikdən ölüm Avropa hissəsində 1,5%, Uzaq Şərqdə 15% təşkil edir. Avropa hissəsində gənələrin 2-5%-i, Sibir və Uzaq Şərqdə 15-20%-i ensefalitlə yoluxur.

Həkimin sözlərinə görə, Layme xəstəliyi (borrelioz) orqanizmdə ağır pozulmalara səbəb ola bilər:

“Xəstəlik dərhal müalicə olunmasa, xroniki olur, oynaqlara və ürəyə təsir edir. İllər keçdikcə bu, əlilliyə səbəb ola bilər. Layme xəstəliyi zəif ürəkli insanda infarkta səbəb ola bilər. Yeri gəlmişkən, gənələrin borreliozla yoluxması ensefalitlə müqayisədə 40-70 dəfə çoxdur”.

Həkim gənə dişləməsindən sonra gənəni çıxarmaq və analiz üçün təhvil verməyi tövsiyə edib.
Rusiyada may ayından gənə dişləməsindən xəstəxanaya düşənlərin sayı çox olur.

Aygün Musayeva