Generalın polkovnik qardaşı vəfat etdi

  • 2026.01.31 15:00
  • 105 Baxış
Generalın polkovnik qardaşı vəfat etdi


Polkovnik Telman Orucov 64 yaşında vəfat edib.

Medicina.az xəbər verir ki, onun uzun sürən xəstəlikdən sonra öldüyü bildirilir.


T. Orucov 1962-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub, Birinci Qarabağ müharibəsində iştirak edib.

Telman Orucov generallar Elbrus Orucov və Elman Orucovun qardaşıdır.

Medicina.az