Genital sızanaq və herpes nədir? - Aralarındakı fərqlər

  • 2019.10.29 12:49
  • 17558 Baxış
Genital sızanaq və herpes nədir? -  Aralarındakı fərqlər

Genital uçuq və sızanaq oxşar
xüsusiyyətlərə malikdir. Onlar
ümumiyyətlə kiçik, irinlə dolu çıxıntılar kimi müşahidə olunurlar.


 



Medicina.az xəbər verir ki, bununla
birlikdə ikisinin arasındakı fərqi anlamağa imkan verən bəzi xüsusiyyətləri var. Cinsiyyət orqanlarında kiçik
irinli çıxıntıların görünməsi narahatlığa səbəb ola bilər.


 



Genital sızanaqlar məsamələri
tıxayan kir və yağ yığılmasından qaynaqlanır. Bu sızanaqlar ümumiyyətlə ağ irinlə
doldurulmuş çəhrayı və ya qırmızı bir görünüşə malikdir. Ciddi bir tibbi problem hesab edilmir.


 


 


 


 


Xəstəliklərə Nəzarət və
Qarşısının Alınması Mərkəzlərinə görə, genital herpeslər müalicə olunmayan və
cinsi yolla ötürülən bir xəstəlikdir. Bu uçqların içərisi rəngsiz maye
ilə dolu olub, ağ və ya qırmzı rəngli ağrılı təsirə malik olurlar.


 


 


Dünya Səhiyyə Təşkilatı, bütün dünyada
417 milyon insanın cinsiyyət orqanlarında herpes virusu olduğunu söyləyir.


 


 


Herpesli insanlar da aşağıdakı əlavə
simptomlara müşahidə edilir: -qızdırma -ümumi ağrılar -baş ağrısı -ayaqlarda ağrı -şişmiş limfa düyünləri -vaginal axıntı


 


Hər iki hal müşahidə olunan zaman
qaşınmalara səbəb ola bilir və irinli görünüş yaradır.Ümumiyyətlə genital
herpesin səbəb olduğu lezyonlar sızanaqlardan daha yumşaqdır və bəzən su yığımına bənzəyir.

Genital sızanaq və herpes nədir? -  Aralarındakı fərqlər
Genital sızanaq və herpes nədir? -  Aralarındakı fərqlər