Gəzməyə başlayan uşağa ayaqqabını tərs geydirməyin faydası varmı ? – Travmatoloqdan MƏSLƏHƏTLƏR

  • 2019.10.22 19:28
  • 8445 Baxış
Gəzməyə başlayan uşağa ayaqqabını tərs geydirməyin faydası varmı ? –  Travmatoloqdan MƏSLƏHƏTLƏR
Son zamanlar uşaqlar arasında, əsasən də qız uşaqlarında böyüdükcə ayaqlarında problemlər yaranır. Bu problemlərdən ən geniş yayılanları içəbasma, düz ayaqlılıq müşahidə edilir. Bəzən valideynlər uşaqlarında olan bu kimi ayaq problemlərinin aradan qaldırmaq üçün həkimə müraciət etmək yerinə nənələr tərəfindən məsləhət görülən üsullara üstünlük verirlər. Bu üsullardan biri də ayaqları düzəlməsi üçün  yenicə gəzməyə başlayan uşağa ayqqabılarının tərs geyindirilməsidir.  


Bəs görəsən, ayaqqabının tərs geyindirilməsi həqiqətən də işə yarayırmı? Ayaqlarının altı düz olan insanlar  gələcəkdə ciddi ürək və sair orqanların xəstəlikləri ilə üzləşirlərmi?  


Medicina.az-ın suallarını ortoped-travmatoloq Ceyhun Quliyev cavablandırıb: 


İçəbasma problemi olan uşaqlara ayaqqabını tərs geyindirməyin heç bir xeyri yoxdur.  


"İçəbasma dedikdə, pəncənin içəriyə doğru dönük olmasından söhbət gedir. Çox zaman içəbasma problemi potologiya kimi qəbul olunmur. 90 faiz hallarda içəbasma fizioloji hal kimi qiymətləndirilir. Əgər bu problem uşaqda ciddi fəsad vermirsə, məsələn yeridikdə bir ayağı o birinə ilişərək yıxılmırsa, o zaman həkimlər bunu bir xəstəlik olaraq görmürlər və gözləmə mövqeyini tuturlar. 


Uşağın inkişafı nəzarətə götürülür. Belə ki, əyriliyin dərəcəsindən asılı olaraq uşaq 6 aydan və ya 1 ildən bir müayinə edilir. Çünki uşaq böyüdükcə bu problemin heç bir müdaxilə olmadan düzəlmə ehtimalı yüksəkdir. Əgər uşaq böyüdükcə problem yalnız kosmetik olaraq qalırsa, onda da bu ciddi problem kimi qəbul edilmir. 


İçəbasma yalnız uşağı yeriməyinə və qaçmağına maneə yaratdığı təqirdə  həkim tərəfindən müdaxiləyə ehtiyac yaranır ki, bu zaman da çıxış yolu yalnız cərrahi əməliyyatdır. Amma buna çox nadir hallarda rastlanir. İçəbasma problemi əksər hallarda öz-özündən aradan qalxır”. 

 


 



 

Bəzən həkimlər bu problemi yaşayan uşaqlara ortopedik ayaqqabı geyinməyi və masaj məsləhət görürlər. Ayaqda olan hər hansı bir ortopedik problem aradan qalxmır. Bu çox səhv düşüncədir. İçəbasma zamanı masajın da heç bir təsiri olmur. Problemin aradan qalxması üçün uşağa kalsium içirənlər də az deyil. Amma bunlar sadəcə olaraq böyüməkdə olan uşaq orqanizmini daha da yükləyir.  Çünki bu problem bud-çanaq oynağının fizioloji quruluşundan irəli gəlir.   


"Təcrübəmizdə həm də içəbasmanı aradan qaldırmaq üçün bir çox anaların uşağa ayaqqabısını uzun müddət tərs geyindirmələri ilə də tez-tez rastlaşırıq. Bu da çox yalnışdır. İçəribasma problemi bununla da aradan qalxmır. Əksinə ayaqqabını tərs geyinmək bir sıra fəsadlara yol açır. Bu zaman içəbasma problemi olduğu kimi qalır amma uşaqda başqa ayaq problemləri yaranır. Çünki ayaqqabını tərs geyinmək ayağın quruğuşu dəyişdirir. Ayaqqabını uzun müddət tərs geyinməyə öyrəşən uşaq bundan sonra onu düz geyinməyə və onunla yeriməyə öryəşməlidir. Bu isə uşaq üçün çox çətin olur”. 

 

 


Gəzməyə başlayan uşağa ayaqqabını tərs geydirməyin faydası varmı ? –  Travmatoloqdan MƏSLƏHƏTLƏR
Gəzməyə başlayan uşağa ayaqqabını tərs geydirməyin faydası varmı ? –  Travmatoloqdan MƏSLƏHƏTLƏR