Ginekoloq yaxınlaşan klimaksın əlamətlərini AÇIQLADI

  • 2022.09.28 16:12
  • 1237 Baxış
Ginekoloq yaxınlaşan klimaksın əlamətlərini      AÇIQLADI


Hər bir qadını gözləyən menopauza, klimaksın əlamətləri hər qadında müxtəlif vaxt, fərqli ola bilər.

Amma yaxınlaşmaqda olan hormonal dəyişimin simptomları eynidir.

"Medicina" xəbər verir ki, ginekoloq Tatyana Mokrinskaya menopauza barədə açıqlama verib.

"Yaş artdıqca cinsiyyət hormonları - estrogen, androgen, progestoron səviyyəsi düşür. Menstruasiyanın 2-3-cü günündə follikul stimulə edici hormonun artımı müşahidə olunur.

Klimaks birdən-birə 1 ayda 1 həftədə gəlmir.
Əvvəlcə başlanğıc dövr gəlir. Bu zaman aybaşıda dəyişiklik, azalma, qısalma, 1 aydan bir olmaq başlayır.

Adətən bu dövr 40-yaşdan 47 yaşa kimi ola bilər.

Klimaksın orta statistik yaş həddi 50-dir.

Müxtəlif mərhələlərdə klimaks bu simptomları verir: istilik basma, tərləmə, miqren, arterial təzyiqin oynaması, ürək ritmi pozulması, təşviş, nevroz, həyəcan, kökəlmə, cinsi istəyin azalması, unutqanlıq, yuxululuq.

Urogenital nahiyədə quruma, yanma, qaşınma, sidik ifrazı zamanı ağrı, dərinin quruması, saç və dırnaqların sınması.
Əgər bu əlamətlər varsa, endokrinoloq və ginekoloqa gedin".

Aygün Musayeva