Gizli infarkt necə olur?

  • 2024.03.26 21:13
  • 470 Baxış
Gizli infarkt necə olur?


Gizli infarktın əlamətləri kəskin infarktdan o qədər zəif və az müddət keçir ki, xəstə sadəcə ürəyinin sancdığını düşünür və bir müddət sonra bunu unudur, ciddi qəbul etmir.


"Medicina" gilzi infarktın gizli əlamətlərini təqdim edir:

-qəfil halsızlıq, qollarda uyuşma, gücsüzlük, qəflətən nəfəsin azca çatışmaması, ya da kürəkdə sancı kimi özünü büruzə verə bilir.

İnsan bunu fiziki yorğunluğa, əzələ ağrısına, yuxusuzluğa yozur. Bİr çoxları isə artıq qocalığın əlamətidir düşünür. Bəzən boğazda düyün, ağrı, sinədə göynəmə olur, bunu isə mədə qıcqırması ilə səhv salırlar.


Hansı əlamətlər gizli infarktdan şübhələndirməlidir:


-Mədənin üstü, altı, sinənin düz mərkəzində sanki basıcı, sıxıcı ağrı, narahatlıq – bir neçə dəqiqə çəkir və gün boyu bir daha təkrarlanmır

-Ümumilikdə bədənin yuxarı hissəsində narahatlıq – boyun, çənə, çiyin, qollar, kürək, boğaz və s

-Dərindən tənəffüsdə sanki sinədə sıxılma

-Dayandırğı yerdə qəfil soyuq tərin gəlməsi, başgicəllənmə, ara sıra ürəkbulanma


Kişilər qadınlardan 5 dəfə çox gizli infarkt keçirir.

Aygün Musayeva