Gizli şəkər olub -olmadığını öyrən - Əlamətlər

  • 2023.10.18 19:27
  • 1694 Baxış
Gizli şəkər olub -olmadığını öyrən   - Əlamətlər
Gizli şəkər diabet qədər qorxuludur. Uzun illər özünü biruzə verməsə də, insanda bəzi dəyişikliklər yaradır.

"Medicina" gizli şəkərin əsas əlamətlərini təqdim edir:

-Dərinin möhkəm qaşınması, qabıqlanması – qanda yüksək şəkəri olan insanda mikroorqanizmlərin təsirindən dərinin müdafiə qabiliyyəti düşür.

-Ağızda quruluq, çat və daim susuzluq – yanında daim su gəzdirən insan gizli şəkəri mütləq yoxlatmalıdır.

-Bədən kütləsində qəfil dəyişiklik – insan həm kökələ, həm də sürətlə arıqlaya bilər. Adamda iştaha yaranır və şirniyyata meyilli olur.

-Yuxululuq, hər xırda bir səbəbə qıcıqlanma

-Görmənin zəifləməsi, bulanması

-Yaraların gec sağalması


-Əhval-ruhiyyənin pis olması, əsəbilik

-Aşağı ətrafların uyuşması

-Beyində yorğunluq hissi

-Tez-tez infeksiyalara yoluxma

-Ürəkdə səbəbsiz ağrılar

-Başgicəllənmə

-Qadınlarda dırnaq və saçların zəifləməsi, tökülməsi, dərinin ləkələnməsi, qaşınma


Ən çətini diaqnozdur

Qəribəsi odur ki, qan və sidik analizi heç bir dəyişiklik göstərmir.

Gizli şəkəri yeganə göstərən metod – qlükozatoleratlıq testidir.


Analiz zamanı insan 3 dəfə qan verir: biri səhər acqarına, ondan sonra 75 qram qlükoza içir və ya şirin qida qəbul edir, 1 saat sonra ikinci analiz, 2 saat sonra yenidən üçüncü analiz götürülür.


Bu analizlər insan qanına qlükoza daxil olduqdan sonra orqanizmin reaksiyasını öyrənir.


Tibbdə gizli şəkər diabet xəstəliyinin önü olan mərhələ hesab olunur. Bu formanın xroniki formaya keçməsinin qarşısını almaq sizin əlinizdədir.

Aygün Musayeva