Göyçayda 7 yaşlı uşaq əməliyyatda ölüb

  • 2024.02.08 15:21
  • 708 Baxış
Göyçayda 7 yaşlı uşaq əməliyyatda ölüb


Göyçay rayonunda yeddi yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb.

"Medicina" məlumatına görə, “Report” xəbər verir ki, rayonun Bığır kəndində qeydiyyatda olmaqla yaşayan, 2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən, bununla bağlı daimi olaraq müalicə alan Vasif Cəlilli fevralın 5-də yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

O, yaxınları tərəfindən təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib və fevralın 7-də həmin xəstəxanada ölüb.

Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır