Gözaltı qaralmanın 3 səbəbi

  • 2023.12.14 19:31
  • 1664 Baxış
Gözaltı qaralmanın 3 səbəbi

Göz altının qaralması, tünd kölgələr, qaralma bu gün 80% insanlarda ən çox nəzərəçarpan xarici simptomdur. Çoxu bunu böyrəklər və genetika ilə bağlayır, amma həkimlər başqa səbəblər deyir.


“Medicina” xəbər verir ki, dermatoloq Darya Boqdanova gözaltı qaralmanın sağlamlıqla bağlı problemdən olduğunu bildirib.


“Qəhvəyi, mavi, hətta bənövşəyi ləkələrin yaxşı halda 3 səbəbi var: yuxusuzluq, pis yatmaq, stress, yorğunluq və gözaltı piy toxumasının azalması, nazikləşməsi.


Pis halda isə venoz pozulma, damar problemi, limfa durğunluğu, böyrək, qaraciyər xəstəliyidir.

Daxili problemlərin həlli ilə yanaşı bəzi kosmetoloji prosedurlar etmək lazımdır: mikrotok, limfodrenaj, biorevitalizasiya.

Amma bu metodlar müvəqqəti effekt verir.

Dəri və dərialtı piy qaralmanı örtən ən yaxşı maskadır. Ona görə sağlam həyat tərzi, qidalanma və yuxunu seçməlisiz.

Göz ətrafı dərini stress, göz yorğunluğu və ümumi tükənmə nazik və tutqun edir”.

Aygün