Gözə tüpürmək niyə olmaz?

  • 2024.01.10 14:48
  • 803 Baxış
Gözə tüpürmək niyə olmaz?

“İt dirsəyi” deyilən konyuktivit zamanı gözə ağız suyu, tüpürcək sürmək və ya kiminsə xəstə gözə tüpürməsi türkəçarə metodu indi də dəbdədir.


“Medicina” xəbər verir ki, oftalmoloq Svetlana Mirqorodskaya bu xəstəliyin düzgün müalicəsini açıqlayıb:

“Qədimdə gözə çıxan yaranı bəd əməl, nəzərə gəlmək kimi yozurdular. Nəzəri necə qaytarırdılar? 3 dəfə tüpürməklə.

Ona görə yara çıxmış gözə qarı nənələr və ya ara həkimləri tüpürərdilər. Bununla sanki nəzəri geri qaytarırdılar.

Bəs tibbi cəhətdən bunu etmək olarmı?

Hər insanın ağız florası fərqlidir: orda baklteriyalar, göbələklər, viruslar, riketsitlər var.
Ağızda onlar tüpürcək və mədə şirəsinin təsirindən ciddi fəsad yaratmır, amma gözə düşəndə sanki canlanırlar.

Gözdə irinli iltihabi proses olduqda ordakı kiprik kisəcikləri və piy vəzilərinin ağzı tutulur. Adətən bu infeksiya stafilakokk tərəfindən törədilir.

Bu baxımdan tüpürcək və ya hər hansı dəmləmələr bakterial infeksiyanı müalicə edə bilməz.
Düzgün müalicə antibiotik və xüsusi iltihab əleyhinə göz damcılarıdır.

Müalicəni oftalmoloq təyin edir”.

Aygün