Gözəllik salonlarında cinsi xəstəliklərə yoluxmaq olur

  • 2022.09.07 13:25
  • 1805 Baxış
Gözəllik salonlarında cinsi xəstəliklərə  yoluxmaq olur

Gözəllik mərkəzlərində müxtəlif bədən təmaslı prosedurlarda veneroloji xəstəliklərə yoluxmaq mümkündür.


"Medicina" xəbər verir ki, bu risk həm işçilər, həm müştərilər üçün var.



Ginekoloq həkim Yelena Yermalova ictimai yerlərdə cinsi veneroloji xəstəlik risklərindən danışıb.

"Sifilis, VİÇ, hepatit, HİİV həm qorunmasız cinsi əlaqə, həm də doğuş zamanı ana bətnində keçə bilər. Eləcə də steril olmayan iynə, inyeksiya, aparat, dəmir ucluqlu vasitələrlə.

Ona görə tibbi müəssisədə, gözəllik salonlarında, usta yanında bu risk yüksəkdir.


"Virus papiloması və genital herpes dəri ilə sıx təmasdan keçə bilir. Beynəlxalq tədqiqatlara görə, bəzi virusların dəsmal, diş fırçası, dəriyə təmas edən əşyalar, hamam vasitəsi və alt paltarı ilə keçmə ehtimalı var. Amma bunun üçün münbit şərait və virusun səthə yeni keçməsi vacibdir.

Qadınlar üçün bu viruslar ona görə təhlükəlidir ki, gizli keçir, müalicə gec olur, nəticədə sonsuzluq, daxili orqanların zədələnməsi baş verir.


Bu xəstəliklərin inkubasion dövrü 3 aydır, ona görə hər 6 aydan bir analiz vermək vacibdir.


Salonlara gedərkən fərdi vasitələr aparın, ustadan alətləri stelizasiya aparatında saxlamağı tələb edin".

Aygün Musayeva