Güclü qorxudan ürək infarkt olurmu?

  • 2023.05.05 15:53
  • 1997 Baxış
Güclü qorxudan ürək infarkt olurmu?
İnfarkt zamanı ilkin tibbi yardım düzgün göstərilməsə, insan ciddi təhlükə ilə üzləşə bilər.

“Medicina” xəbər verir ki, müasir tibbin bütün nailiyyətlərinə baxmayaraq, infarkt keçirən bir çox xəstə sonrakı 7 gündə dünyasını dəyişir.

İnfarktın simptomları:

• təngnəfəslik;
• nəfəs darlığı;
• qarında qəfil ağrı;
• şiddətli baş ağrıları;
• sinə bölgəsində narahatlıq - sıxılma hissi, təzyiq;
• yuxusuzluq (yuxarıda sadalanan digər simptomlarla birlikdə).

Bəs əsəb, qorxu infarktı tətikləyə bilərmi?

Həkim – kardioloq Aleksey Jitonun sözlərinə görə, bir insan çox qorxarsa, infarkt baş verə bilər. Xoşbəxtlikdən, belə hallar olduqca nadirdir. Ancaq hər şey sürətli ürək döyüntüsü ilə başlayır.

Risk altında müxtəlif ürək patologiyaları və ya digər müşayiət olunan xəstəlikləri olan insanlardır. Güclü bir qorxu ilə ürək ritmi yüksəlir, nəbz artır və ürəyin daha çox oksigenə ehtiyacı yaranır. Əgər bu anda damarlar tıxanıbsa və ya qorxmuş adamda anemiya varsa, o zaman miokard infarktı mümkündür.

Günay Quluzadə