Gündə 2 kivi yesəz nə baş verər? - Möcüzə təsir

  • 2022.11.09 15:05
  • 1746 Baxış
Gündə 2 kivi yesəz nə baş verər?   - Möcüzə təsir


Tayvan Tibb Məktəbi tərəfindən aparılan tədqiqatların nəticəsində belə aydın olub ki, kivi bağırsağın fəaliyyətini yaxşılaşdırır və həzmi asanlaşdırır.

"Medicina" xəbər verir ki, 4 həftə kivi istifadəsindən sonra həzmsizlikdən şikayət edənlərin problemlərində 45% azalma müşahidə olunub.

Bu meyvə, eyni zamanda lif baxımından da çox zəngindir. 100 qram bananda 1.6 qram lif mövcud olduğu halda, kividə 3.4 qramdır. O, həm də xolesterolu aşağı salır.

Bristol Universiteti tərəfindən aparılan təcrübələr nəticəsində lif baxımından zəngin olan kivinin bağırsaq xərçənginin qarşısını aldığı da sübut edilib. Bu liflər tərəfindən ötürülən turşu xərçəngə səbəb olan genlərin aktivləşməsinə maneə törədir.

Kivinin, həmçinin, yuxusuzluqdan əziyyət çəkənlərə də xeyri var. Yüksək miqdarda kalsium ehtiyatı olan kivini yatmazdan bir saat əvvəl yesəniz, daha rahat yuxuya getməyinizə imkan yaradar. Eyni zamanda, fiziki yorğunluğunuzu çıxarmağa və özünüzü gümrah hiss etməyə kömək olar.

Qanı durulaşdırma xüsusiyyətinə görə kivini aspirinlə müqayisə etmək olar. Yəni, gündə 1 aspirin içmək yerinə, bir ədəd kivi yemək daha çox faydalıdır. /saglamolun.az/