Gündəlik həyatda tez-tez yaşanan unutqanlıq problemlərinə qarşı təbiətin təklif etdiyi həllərdən biri də bitki çayı içməkdir. Xüsusilə bu bitki çayı müntəzəm olaraq içildikdə yaddaşınızı yüksəldir.
Medicina.az xəbər verir ki, rrozmarin çayı zəngin vitamin və minerallarla bu mövzuda ən güclü dəstəkçilərdən biridir.
Tərkibində B1, B6, B12 vitaminləri ilə yanaşı C, D, E və K vitaminləri olan bu bitki dəmir, kalsium, fosfor kimi vacib minerallar baxımından da çox zəngindir.
Mütəxəssislər qeyd edirlər ki, müntəzəm olaraq qəbul edilən rozmarin çayı yaddaşa müsbət təsir göstərir.
ROZMARİN ÇAYININ HAZIRLANMASI
Təxminən 250 ml (bir stəkan) su qaynadıqdan sonra ocağı söndürün.
Bir çay qaşığı rozmarin, bir çay qaşığı yaşıl çay və bir darçın çubuğu əlavə edin.
Örtün və 5 dəqiqə dəmlənməsinə icazə verin. Sonra süzüb istədiyiniz kimi, isti için.
Bu təbii qarışığın məlum əks təsiri olmasa da, təzyiqi aşağı olanların və hamilələrin istifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşmələri tövsiyə olunur.
FAYDALARI
Həzmi dəstəkləyir, mədəni sakitləşdirir.
Yaddaşı gücləndirir, diqqəti və konsentrasiyanı artırır.
Onun buxarını tənəffüs etdikdə baş ağrılarına faydalıdır.
Tərkibindəki yüksək antioksidant tərkibi ilə orqanizmi zərərli maddələrdən təmizləyir.
Antiseptik xüsusiyyəti ilə ağız yaralarının sağalmasına kömək edir.
Xüsusilə unutqanlıq problemi olanlar üçün bitki mənşəli dəstək təklif edir.
Tərkibindəki B1, B6, B12, C və E vitaminləri və dəmir, kalsium kimi minerallar sayəsində immunitet sistemini gücləndirir.
Aygün Nəbiyeva
BakuPost