Gündə 2 yumurta orqanizmi xərçəngdən qoruyur – Türk həkimlər

  • 04 May 2022 14:33
  • 1259 Baxış
Gündə 2 yumurta orqanizmi xərçəngdən qoruyur  – Türk həkimlər

Gündə 2 ədəd təzə yumurta yemək orqanizmdə xərçəng yaranması riskini dəfələrlə azaldır.


Bakupost.az xəbər verir ki, bu barədə türk həkimləri məlumat verib.

Bildirilib ki, əgər günə 2 yumurta yesəniz sinir sistemi möhkəmlənər, baş beynin imkanları yaxşılaşar, əzələ, sümük kütləsi bərkiyər, depressiyanı aradan qaldırar, orqanizmdə şiş hüceyrələrinin toplaşmasının qarşısını alar.

Yumurtada olan çox miqdarda A, B, D vitamini böyüyən uşaq bədəni üçün də vacibdir.

Yumurta görməni də yaxşılaşdırır.

Lakin ürək-damar xəstəlikləri olanlar həftədə 3 dəfə yumurta yeməlidir. Nə olursa olsun, həftə ərzində ən azı 5-6 yumurta yediyinizə diqqət yetirin.

Aygün Musayeva
BakuPost