Gündə 4-5 dəqiqəyə xərçəng riskini 30% azaltmağın sirri

  • 2023.08.04 17:44
  • 1292 Baxış
Gündə 4-5 dəqiqəyə xərçəng riskini    30% azaltmağın sirri
Sidney universitetinin alimləri gündə 4-5 dəqiqə intensiv aktiv fiziki yükləmə ilə xərçəngin bir neçə növünə tutulma riskinin 32% azaldığını sübut ediblər.


“Medicina” xəbər verir ki, təcrübədə 22 398 nəfər iştirak edib, olar üzərlərində gündəlik aktivliyi müşahidə edən cihaz gəzdiriblər.

İştirakçıların orta yaşı 60-62 olub.\
7 il sonra alimlər onlar arasında xərçəngin neçə nəfərdə olduğunu araşdırıb.

Analizlər göstərib ki, gündə cəmi 3-5 dəqiqə fiziki aktivlik göstərən insanlarda xərçəng riski 18%, müəyyən növ xərçəng riski isə 32% azalıb.

Hər gün az da olsa fiziki aktivliyi olmayan insanlarda daha çox xərçəng diaqnoz olunub.

Alimlər bildirir ki, idmanla məşğul olmayan böyük yaşlı insanlarda süd vəzi, prostat, bağırsaq və endometriy xərçəngi inkişaf edə bilər.

3-4 dəqiqəlik fiziki aktivlik pilləkənləri çıxmaq, it gəzdirmək, uşaqlarla oynamaq, bağçada işləmək, bazarlıq etməj və energetik rəqs də ola bilər.

Aygün Musayeva