Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə 4 saatdan artıq oturub işləmək ölümcül təhlükəlidir

  • 2023.08.01 15:28
  • 1196 Baxış
Gündə 4 saatdan artıq oturub işləmək    ölümcül təhlükəlidir
Oturaq iş gündə 4 saatdan çox mövqeyini dəyişmədən, qapalı məkanda oturub işləməkdir.


“Medicina” xəbər verir ki, bu həyat tərzi müxtəlif xəstəliklərə və fəsadlara yol açır. Onurğa əziyyət çəkir, əzələlər atrofiya olur, qan tədarükü pozulur.


Digər məqam uroloji problemlər. Ən ciddisi kiçik çanaq damarlarının varikoz genişlənməsidir: yumurtalıq venalarının varikoz transformasiyası, pelvik venoz pletora sindromunun inkişafı ilə çanaqdaxili venoz pleksuslar, həmçinin perineum və cinsi dodaqların venalarının genişlənməsi nəticəsində yaranan xəstəlikdir.


Şikayətlər çətin, ağrılı və ya tez-tez sidiyə getmə, qasıqda, perineumda ağrı və ya narahatlıq; Erektil disfunksiya və ya libidonun azalması; İstirahət zamanı, məşqdən sonra və ya cinsi əlaqədən sonra qarnın aşağı hissəsində ağrı.

Oturaq iş zamanı idman, gəzmək və iş zamanı 2 saatdan bir qalxıb hərəkət etmək vacibdir.


Günay Quluzadə