Gündə 5 şabalıd yeməyin sonsuz faydası

  • 2023.11.01 13:54
  • 1309 Baxış
Gündə 5 şabalıd yeməyin sonsuz faydası

Şabalıd müxtəlif vitaminlər (A, D, E, B qrupu), minerallar (fosfor, dəmir, kalsium, kalium), qidalı liflər, flavonoidlər, pektinlər, aminturşuları və s. əvəzolunmaz maddələrlə zəngindir.

"Medicina" xəbər verir ki, dietoloqlar müalicəvi və profilaktik məqsədlərlə hər gün 5 bişmiş şabalıd yeməyi tövsiyə edirlər. Bu orqanizmə çox yaxşı müalicəvi və profilaktik təsir edir.

Hər gün 5 şabalıd yeməyin faydaları:

- damarların divarlarını möhkəmləndirir, varikoz xəstəliyinin profilaktikasıdır

- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir

- ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır- sinir sistemi üçün faydalıdır, stress və depressiyadan qoruyur

- qanda xolesterolun səviyyəsini aşağı salır

- qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin piylənməsinin riskini aşağı salır

- mübadilə prosesləri yaxşılaşdırır. /publika.az/