Gündə cəmi 4 dəqiqə ilə ömrü necə uzatmalı?

  • 2022.12.28 16:22
  • 2191 Baxış
Gündə cəmi 4 dəqiqə ilə ömrü necə uzatmalı?


Rusiyalı onkoloq həkim insanlara müntəzəm qıza fiziki aktivlik hərəkətlərinin ömrü uzatdığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, onkoloq Leonid Doronin idmandan çox, gündəlik qısa fasilələrlə açıq havada gəzinti, ev heyvanı və uşaqlarla vaxt, pilləkən qalxıb-düşməyin, dağa, təpəyə getməyin və avtobus əvəzinə piyada gəzməyin ürək-damar və ümumilikdə onkoloji xəstəliklərə qarşı faydalı olduğunu bildirib.

Bədənə belə az-az yükləmə iş qrafikindən idmana, məşqə vaxt tapa bilməyənlər üçün uyğundur.

“Elmi araşdırmalar göstərib ki, gündə cəmi 4-5 dəqiqə fiziki aktivlik erkən ölüm riskini 40% azaldır və xərçəngdən qoruyur.
Ona görə gündə cəmi 4-5 dəqiqənizdən keçib bədəni hərəkətə gətirin”.