Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə nə qədər makaron yemək olar? – Zərəri

  • 2023.11.07 18:12
  • 3409 Baxış
Gündə nə qədər makaron yemək olar?  – Zərəri

Makaron elə də zərərli qida deyil. Əgər o tam taxıl növündən olub, al dente metodu ilə az qaynadılaraq bişirilərsə.

“Medicina”xəbər verir ki, endokrinoloq Olqa Rojdestvenskaya makarondan düzgün istifadənin şərtlərini açıqlayıb.

“Buğdanın qaba növündən hazırlanan makaron ən faydalısıdır.

Endokrinologiyada qızıl qayda – mədə partlayana, tam doyana kimi yeməməkdir.

Bir porsdə 150 qramı aşmamaqla, makaronu həftədə 4 dəfə də yemək olar.

Makarona tərəvəz qarniri əlavə edib, onu daha faydalı etmək olar.

Pasta və makaronları aldente üsulu ilə bişirmək, yəni tam yumşalmayana qədər qaynatmaq lazımdır.

Bu zaman karbohidrat olsa da makaron qanda şəkəri artırmır və kökəlməyə səbəb olmur.
Makaronu zərərli edən ona çox əlavələr qatılmasıdır. Makarona qətiyyən yağ vurmaq olmaz”.

Şəkərli diabet və piylənməsi olanlar ayda 4 dəfə makaron yeyə bilər.


Aygün Musayeva