Gündə neçə ədəd blini yemək olar?

  • 2024.03.13 15:04
  • 680 Baxış
Gündə neçə ədəd blini yemək olar?


Asan hazırlanan blini – fəsəli artıq bir çox ailələrin gündəlik qidası olub.


“Medicina” xəbər verir ki, dietoloqlar blininin çox kalorili qida olduğunu bildirir.


“Klassik reseptlə hazırlanan blininin 100 qramında 250 kalori var.


Blinilər nazik olsa da, xüsusən içliklə saysız sayda yemək olmaz. Səhər cəmi 2 ədəd blini yeyə bilərsiz.


Blinini qara undan hazırlamaq, toyuq və balıq içlik və ya yağsız xama ilə yemək daha faydalıdır.

Günortadan sonra və axşam blini yemək kökəldir.

5 yaşa qədər uşaq üçün norma 1 ədəddir”.

Aygün