Günə nə ilə başlayaq: Çay yoxsa qəhvə? - Faydaları

  • 2021.03.22 13:24
  • 2265 Baxış
Günə nə ilə başlayaq: Çay yoxsa qəhvə? -  Faydaları
Qəhvə və çay dünyada ən çox içilən içkilərdəndir. Bəzi insanlar səhərlər çay içərkən, bəziləri isə qəhvə içmədən dura bilməzlər.

Bəs səhərlər günə çay yoxsa qəhvə ilə başlamaq sağlamlığımız üçün faydalıdır?

Medicina.az həmin araşdırmanı təqdim edir:

1 - Qəhvə daha yaxşı idman etməyinizə kömək edər

Səhərlər enerjili olmağı və idman etməyi sevirsinizsə qəhvə sizin üçün doğru seçim olacaq. Tərkibində çaydan daha çox kafein olduğu üçün fiziki performansınızı artırar və idmanın yorğunluğunu azaldar.

2- Qəhvə çəki verməyə kömək edər

Qəhvə xüsusilə kişilərdə yağların əriməsinə kömək edir. Heyvanlar üzərində aparılan çalışmalar, qəhvənin yağ yandırdığını sübut edib. Bu səbəblə daha incə bir görüntüyə sahib olmaq üçün qəhvə içə bilərsiniz. Əlbəttə, sadə və şəkərsiz olmaq şərti ilə...

3- Qəhvə diabet riskini azaldır

Gündə 3 fincan qəhvə içmək şəkər xəstəliyi simptomlarını 42 faiz azaldır. Həmçinin 2-ci tip diabetin yaranmasının qarşısını alır.

4- Qəhvə yorğunluq hissini azaldır

Qəhvə kafein və “L-theanine” tərkibli bir içkidiir. Kafein beynimizdəki adenosin reseptorları ilə əlaqə yaratdığı və yorğunluq hissini azaltdığı üçün dincəlməyinizə, rahatlamağınıza kömək edər. Üstəlik, qəhvəni içdikdən 15 dəqiqə sonra təsirli olduğunu düşünsək, ən tez enerji verən içki olduğunu demək yanlış olmaz.