Günəş allergiyasından necə qorunaq?

  • 2022.08.26 14:52
  • 1236 Baxış
Günəş allergiyasından necə qorunaq?


Yaz-yay aylarında ən çox rast gəlinən allergiya növlərindən biri də günəş allergiyasıdır.


Bakupost.az xəbər verir ki, türk həkim Ayşe Bilge Öztürk bununla bağlı önəmli açıqlamalar verib.


Həkim qeyd edib ki, günəş allergiyası daha çox 20-40 yaş arası qadınlarda rastlanılır.


“Bədəninizə təbii, orijinal yazılı etiketi olan heç bir krem çəkməyin. Bu, faydadan çox zərər verə bilər” deyən həkim günəşə qarşı allergiyanın riskləri və qorunma üsullarından da danışıb:

“Günəş allergiyası dəri günəş işığına məruz qaldıqdan sonra dəri səthində qızartı, şişkinlik, qaşınma, səpgi, sancma və ya yanma hissi kimi əlamətlərlə bir neçə dəqiqə ərzində özünü göstərir. Qadınlar daha çox diqqət etməlidir. Saat 11.00-16.00 arasında günəşdən qorunmaq çox vacibdir.

Günəşlə birbaşa təmasın qarşısını alan papaq, eynək və ya uzunqol paltarlara üstünlük verilməlidir.

Dəri nəmləndiriciləri və qoruyucuların əsas müalicə üsullarıdır.

Lakin ziyansız, təbii olduğu deyilən hər krem, məhsul dəri üçün faydalı olmaya bilər. Adətən dərmanlar, ətirlər, sabunlar, kremlər və ya bəzi bitki yarpaqları və otlar istifadə edildikdən sonra günəş şüaları ilə təmasda olaraq günəş allergiyasına səbəb ola bilər”.

"Hər səpgi günəş allergiyası deyil"

“Dəridə hər səpgi allergiya deyil. Bunun üçün dəqiq diaqnoz qoyulmalı, araşdırılmalıdır. Müalicə zamanı yüksək qoruyucu faktorlu günəş kremlərindən istifadə edilməlidir. Günəşdən qoruyucu vasitələr günəşə çıxmadan yarım saat əvvəl çəkilməli və hər 2 saatdan bir, həmçinin yuyulub qurudulduqdan sonra təkrarlanmalıdır. Unutmaq olmaz ki, yayda baş verən hər səpgilər günəş allergiyası deyil. Bu səbəbdən dəridə səpgi əmələ gələndə mütəxəssis rəyi alınmalı və həkimin tövsiyəsi ilə müalicə planlanmalıdır”.
Xərçəng riski...


“Dəri xərçəngi, ekzema, dermatoz, eyni zamanda həssas dəri kimi problemi olanlar günəşdən uzaq durmalıdır.
Günəşə məruz qalmaq bu xəstəliklərdə dəri həssaslığını artıra, daha da kəskinləşdirə bilər”.

Aygün Nəbiyeva
BakuPost