Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Günəş kremindən istifadə edərkən diqqət - Xərçəng yaradır

  • 2025.07.03 08:49
  • 196 Baxış
Günəş kremindən istifadə edərkən diqqət -  Xərçəng yaradır

Tətil mövsümüdür, çamadanlar hazırlanır. Çantalarda günəş kremləri də öz yerini tutub. Bununla belə, çoxumuzun etdiyi ümumi bir səhv var. Keçən yaydan qala günəşdən qoruyucu kremləri yoxlamadan istifadə etmək...

Medicina.az xəbər verir ki, gözdən qaçan kiçik detal dərinizin sağlamlığını ciddi şəkildə təhdid edə bilər.

İstifadə müddəti bitmiş və ya xarab olan günəş kremləri UV şüalarının qarşısını ala bilməz.

Başqa sözlə, onlar dərini günəş yanığına qarşı həssas edir və allergik reaksiyalara səbəb ola bilər.



Köhnə kremlərdən istifadə edərkən bunlara diqqət edin:

Qoxuda dəyişiklik olarsa (turş, metal qoxusu kimi)

Əgər tərkibi ayrılıbsa (sanki yağ-su ayrılıb)

Rəng dəyişibsə (sarıdan bozumtul rəngə çevrilibsə)

Qablaşdırmadakı "12M" və ya "EXP" tarixi keçibsə...

Bu halda heç vaxt kremdən istifadə etməyin...

Aygün
Medicina.az