Güney Azərbaycanda narahatlıq - Koronavirus...

  • 2020.03.15 21:52
  • 3449 Baxış
Güney Azərbaycanda narahatlıq -  Koronavirus...
Güney Azərbaycanın Zəncan əyalətində koronavirus infeksiyasının sürətlə yayılması nəticəsində dərman qıtlığı və tibbi imkanların çatışmazlığı ilə bağlı ciddi narahatlıq yaranıb.

Medicina.az xəbər verir ki, bu barədə Zəncan Tibb Universitetinin rəis müavini Cavad Tackey danışıb.

O bildirib ki, əyalətdə infeksiyaya tutulanların sayı artıq 169 nəfərə çatıb.

"Zəncanda son 24 saat ərzində daha 31 nəfərdə koronavirus infeksiyası aşkarlanıb", - Cavad Tackey deyib.