Gürcüstan prezidenti vaksin olundu

  • 2021.03.18 13:11
  • 1510 Baxış
Gürcüstan prezidenti vaksin olundu
Gürcüstan prezidenti Salome Zurabişvili koronavirus əleyhinə peyvəndləmədən keçib.

Medicina.az xəbər verir ki, ona Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında "AstraZeneca" vaksini vurulub.

Proses telekanallar vasitəsilə canlı yayımlanıb.

S.Zurabişvili yüksəkvəzifəli bütün rəsmi şəxsləri peyvənd olunmağa çağırıb.

Qeyd edək ki, bu gün qonşu ölkənin prezideninin 69 yaşı tamam olur.