Gürcüstana səfər edənlərdən COVID-19 arayışı tələb olunacaq

  • 2020.09.07 15:58
  • 2283 Baxış
Gürcüstana səfər edənlərdən COVID-19 arayışı tələb olunacaq

Sentyabrın 15-dən etibarən Gürcüstana yollanacaq xarici ölkə vətəndaşları 72 saat qüvvədə olacaq PCR testinin nəticəsini təqdim etməli olacaqlar.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

O deyib ki, bu barədə qərar Gürcüstan vətəndaşları və əcnəbilərin sağlamlığını sığortalamaq məqsədilə qəbul olunub.