Gürcüstanda 10 743 koronavirus xəstəsi var

  • 2021.01.11 11:07
  • 1282 Baxış
Gürcüstanda 10 743 koronavirus xəstəsi var

Gürcüstanda ötən sutkada daha 551 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 880 nəfər sağalaraq evə buraxılıb, 23 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 239 780 yoluxma halı təsdiqlənib. Yoluxan şəxslərin 226 215-i sağalıb, 2 796-sı isə ölüb.

Aktiv koronavirus xəstələrinin sayı 10 743 təşkil edir.