Gürcüstanda 1337 nəfərdə koronavirus aşkarlandı

  • 2020.12.14 11:03
  • 1182 Baxış
Gürcüstanda 1337 nəfərdə koronavirus aşkarlandı

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1337 yoluxma halı qeydə alınıb, 49 nəfər ölüb.

Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 191 063, ölənlərin sayı isə 1 839 nəfərə çatıb.

Virusa yoluxanlardan 161 681 nəfərin sağaldığı bildirilir.