Gürcüstanda 15 yaşlı qız COVID-19-dan öldü

  • 31 Okt 2020 13:49
  • 5556 Baxış
Gürcüstanda 15 yaşlı qız COVID-19-dan öldü

Gürcüstanda koronavirusa yoluxan 15 yaşlı qız vəfat edib.

Bu barədə yeniyetmənin müalicə olunduğu Tbilisidəki 1 saylı Universitet Klinikasından bildirilib.

Qeyd olunub ki, qız iki həftədən çoxdur həkim nəzarətində idi. O, süni tənəffüs aparatına qoşulu vəziyyətdə olub.