Gürcüstanda 3 697 yeni yoluxma qeydə alındı

  • 2020.11.19 11:00
  • 1093 Baxış
Gürcüstanda 3 697 yeni yoluxma qeydə alındı

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 697 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 93 092 nəfərə, ölənlərin sayı isə 535 nəfərə çatıb.

Virusa yoluxanlardan 73 877 nəfərin sağaldığı bildirilir.