Gürcüstanda 3 824 nəfər COVID-19-a yoluxdu

  • 2020.11.21 11:02
  • 1394 Baxış
Gürcüstanda 3 824 nəfər COVID-19-a yoluxdu

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 824 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 100 684 nəfərə, ölənlərin sayı isə 927 nəfərə çatıb.

Virusa yoluxanlardan 81 783 nəfərin sağaldığı bildirilir.