Gürcüstanda azərbaycanlılar yaşayan bölgədə 44 yeni yoluxma qeydə alındı

  • 2020.10.15 12:09
  • 1598 Baxış
Gürcüstanda azərbaycanlılar yaşayan bölgədə 44 yeni yoluxma qeydə alındı

Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo Kartli bölgəsində son sutkada koronavirusa 44 yeni yoluxma halı qeydə alınıb.

Medicina.az xəbər verir ki, günlük müqayisədə yoluxma sayı 33 hal və ya 4 dəfə artıb.

Bölgədə oktyabrın 13-də COVID-19-a 7, oktyabrın 14-də isə 11 yoluxma faktı təsdiqlənib.

Gürcüstanda son 24 saat ərzində ən yüksək sutkalıq yoluxma sayı 366 olmaqla Tbilisinin payına düşüb. Halların 286-sı Acarıstan, 104-ü isə İmereti bölgəsi ilə əlaqələdir.