Gürcüstanda bu nazir də özünü təcrid etdi

  • 2020.11.02 14:24
  • 6874 Baxış
Gürcüstanda bu nazir də özünü təcrid etdi

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava özünü təcrid edib.

Bu barədə nazirin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, özünü təcrid etməyin səbəbi nazirin “COVID-19”a yoluxmuş bir şəxslə yaxın təmasıdır.

“Hazırda onda xəstəliyə dair tipik simptomlar yoxdur, özünü yaxşı hiss edir”, - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, ötən gün Gürcüstan Baş Naziri Giorgi Qaxariya da özünü təcrid edib. Belə ki, hökumət rəhbərinin bütün gün birgə çalışdığı əməkdaşda və iki mühafizəçisində koronavirus aşkarlanıb.