Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötdü

  • 2021.04.18 11:00
  • 1286 Baxış
Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötdü
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 818 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

Medicina.az -ın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 295 358, ölənlərin sayı isə 3 939 nəfərə çatıb. Virusa yoluxanlardan 280 915 nəfərin sağaldığı bildirilir.