Gürcüstanda COVID-19-a yoluxanlarln sayı artır

  • 2020.08.14 11:25
  • 2388 Baxış
Gürcüstanda COVID-19-a yoluxanlarln sayı artır
Gürcüstanda son sutkada koronavirusa 23 yeni yoluxma faktı təsdiqlənib, 17 pasiyent sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 306 nəfərə, sağalanların sayı isə 1 085 nəfərə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 7 597, tibbi nəzarətdə isə 261 nəfər saxlanılır.