Gürcüstanda da koronavirusun yeni növü aşkarlandı

  • 2020.12.26 09:57
  • 1786 Baxış
Gürcüstanda da koronavirusun yeni növü aşkarlandı

Gürcüstanda koronavirusun yeni növü aşkarlanıb. Tbilisidəki Riçard Luqar Laboratoriyasının apardığı tədqiqatlar zamanı araşdırılan dörd nümunədən birində “İngilis koronavirusu” növünün olduğu təsdiqlənib.

Bu barədə “Mtavari Arxi” portalı və televiziyası məlumat yayıb.

Bildirilir ki, bu virus hələlik rəsmi təsdiqlənməyib, amma laboratoriyanın şübhəli hallar üzərində işlədiyi məlumdur.

Gürcüstanın Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini, baş virusoloq Paata Imnadze bu gün Luqar laboratoriyasında davam edən araşdırmalardan danışıb. O, laboratoriyada bir neçə şübhəli virusun aşkarlandığını inkar etməyib. Lakin bunun yeni bir koronavirus növü olub-olmadığını söyləməyib.

Amma bəzi mütəxəssislər Gürcüstanda koronavirusun yeni növünün yayılması ehtimalını istisna etmirlər.

Ekspertlər “İngilis koronavirusu”nun təkcə Gürcüstanda deyil, başqa ölkələrdə də aşkarlana biləcəyini ehtimal edirlər.